ETİ-nin əməkdaşı pəncərədən özünü atıb
Bakı/16.02.18/Turan: Neft-Qaz Elmi-Tədqiqat İnstitutunun (ETİ) əməkdaşı Əli Süleymanov (1969-cu ildə anadan olub) cümə günü saat 11:00-da intihar edib. O, özünü 8-ci mərtəbədən atıb. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mərhum sanitar-texniki şöbənin baş mühəndisi olub. Ölümə səbəb kimi Ə.Süleymanovun anasının ölümündən sonra depressiyada olması göstərilir.-02D-
Cəmiyyət
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
Rəy yaz