![Məmməd İbrahim](https://turan.az/resized/media/2018/main/021600007715-750-500-resize.webp)
Məmməd İbrahim
Məhkəmə müxalifətçinin cəzasını yumşaltmayıb
Bakı/29.01.18/Turan: Fevralın 16-da Qaradağ Rayon Məhkəməsinin səyyar iclasında AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət qanunvericiliyinə dəyişikliklərlə bağlı müraciətinə baxılıb. Bu barədə Turan-a onun oğlu Turan İbrahim bildirib.
M.İbrahim CM-in 221.2.2-ci (polisə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə 3 il azadlıqdan məhrum edilib. O vaxt həmin maddə üzrə maksimum cəza 5 il olub.
Lakin 2017-ci ilin sonlarında CM-ə düzəlişlər edilib və bu maddə üzrə cəzanın yuxarı həddi 4 ilədək azaldılıb. Bunu nəzərə alaraq, M.İbrahim cəzasına yenidən baxılmasını xahiş edib. Ancaq hakim Ceyhun Hadıyev müxalifətçinin xahişini təmin etməyib və hökmü dəyişməyib.
Cəzasının 1/3 və ½ hissəsini çəkmiş İ.Məmməd bundan öncə də cəzasının yumşaldılması və məntəqə tipli koloniyaya köçürülməsi barədə müraciət edib. Ancaq bu vəsatətlər təmin edilməyib.
Hüquq-müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.-06B -
Cəmiyyət
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
-
Azərbaycan Baş Prokurorluğu və Səhiyyə Nazirliyi birgə bəyanat yayaraq bildirib ki, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 155
Rəy yaz