Azadliq.org
Həbsdə olan dindarların ailələrinə təzyiqlər davam edir
Bakı/16.02.18/Turan: Həbsdə olan dindarların hüquqlarını Müdafiə Komitəsi onların müdafiəsinin gücləndirilməsi ilə bağlı fevralın 16-da dinləmələr keçirib.
Komitənin rəhbəri Eldəniz Quliyev dinləmələrin keçirilməsinin zəruriliyini həm həbsdə olan dindarlara, həm də onların ailələrinə təzyiqlərin güclənməsilə əsaslandırıb: "Adətən cinayətkarı tuturlar ki, cinayət olmasın. Bəs onda dindarların həbsini necə dəyərləndirək? Bunlar ibadət, mənəviyyat insanlarıdır. Belə çıxır ki, hökumət mili-mənəvi dəyərlərə və onların daşıyıcılarına qarşı mübarizə aparır. Odur ki, bu məsələdə nə baş verdiyini hamı bilir, indi "nə etməliyik" sualına cavab vermək lazımdır".
Daha sonra natiqlər dindar məhbuslara və məhbus ailələrinə dəstəklə bağlı təkliflərlə çıxış ediblər.
Çıxış edən natiqlər hazırda 160 siyasi məhbusdan 100-dən çoxunun dindar olduğunu bildiriblər. Onlar deyiblər ki, məhbus dindar ailələrini təziyqlərdən qorumaq üçün ictimai fəallıqdan çəkindirsələr də təzyiqlər yenə də azalmayıb.
Bir sıra natiqlər isə ölkədə məhkəmə sistemi müstəqil olmadlığı, hüquqi nihilizmin baş alıb getdiyi üçün hüquqi müstəvidə ədalətə nail olmağın mümkünsüzlüyünü vurğulayıblar. Natiqlərə görə, bu münasibət insanların hüquqdankənar zor müstəvisinə çəkilməsi deməkdir.
Çıxış edənlər ölkədə hüquqi nihilizm olduğu üçün istənilən insanın istənilən ittihamla həbsə alına bilməsini Azərbaycan reallığı adlandırıblar.
Bir sıra natiqlərə görə, təkcə dindarların yox, əslində bütün cəmiyyətin xilas yolu ölkədə Qərb demokratiya dəyərlərinin oturuşmasından, hüququn aliliyinin təmin olunmasından keçir.
Bəzi çıxışçılar isə həbsdə olan dindarların siyasi ambisiyalarının olmadığını, təkcə ədalətli cəmiyyət tələb etdiklərinə görə həbs olunduqlarını deyiblər və onların günahsız olduqlarını bütün cəmiyyətə çatdırmağı vacib sayıblar.
Onlar cəmiyyətdə həbsdə olan dindar ailələrinə mənəvi dəstək hissini gücləndirməyi də zəruri sayıblar.
Daha bir təklif həbsdə olan dindarların ictimaiyyətin diqqətində qalmaları üçün onların məhkəmələrdə çıxış etdikləri son sözlərini bir neçə dildə olmaqla kitab halında nəşr etmək olub.-05D-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 247
Rəy yaz