Füzuli meydanındakı dairə ləğv edilir
Bakı/25.05.17/Turan: "Azəravtoyol" ASC paytaxtın mərkəzində yolların yenidən qurulmasına başlayıb. Belə ki, bu gündən Azərbaycan Dövlət Dram Teatrının qarşısında Füzuli meydanındakı dairənin ləğvi işlərinə başlanılıb.
Yaxın vaxtlarda Qış bulvarı ərazisi Dram Teatrının qarşısındakı bağ ilə birləşdiriləcək,
Hazırda Füzuli küçəsilə hərəkət edən avtomobillər yeni yol ilə düz yuxarı qalxacaq, sonra dönərək Mirzağa Əliyev küçəsilə mərkəz tərəfə qayıdacaqlar.
Dairənin ləğvilə bağlı işlər bir neçə gün davam edəcək, "Azəravtoyol"-un məlumatında bildirilir.
Eyni zamanda Dram Teatrından Nərimanov prospektinə (keçmiş Sovetski küçəsi) doğru yeni yol ilə hərəkət açıq olacaq.
Bunun sayəsində paytaxtın dağlıq hissəsini mərkəzlə birləşdəriən yeni nəqliyyat xətti yaradılacaq.-02D-
-
- İqtisadiyyat
- 25 May 2017 15:36
-
- İqtisadiyyat
- 25 May 2017 16:16
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz