Gecə baş vermiş yanğın zamanı Ağdamdan iki qaçqın həlak olub
Bakı/06.03.19/Turan: Bakının Nərimanov rayonundakı yataqxanada baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub. Bu barədə FHN məlumat verib. Həmin yataqxanada Ağdam rayonundan olan qaçqınlar məskunlaşıb.
22 nəfər tibbi yardıma görə müraciət edib. Onlardan 14-ü yanma məhsullarından zəhərlənib. 5 nəfər xəstəxanaya yerləşdirilib.
Həlak olanlar Eliza Əliyeva (1953-cü il) və Surxay Əliyevdir (1951-ci il).
Binada olanlar evakuasiya edilib. Bir mənzil yanıb.
Yanğın söndürülüb, binanın qalan hissəsinə ziyan dəyməyib. Yanğının səbəbləri araşdırılır. İlkin məlumatlara görə, elekrik naqili alışıb.-02D-
-
- Foto sessiyalar
- 5 Mart 2019 19:54
-
- Cəmiyyət
- 6 Mart 2019 10:59
Cəmiyyət
-
Noyabrın 27-də Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı gözlənilir, bu barədə sinoptiklər məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
-
Çərşənbə axşamı paytaxtda yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Proqnozlara görə, yağışlı hava çərşənbə axşamına qədər davam edəcək.
-
Google, Ambition Loop, Azercell və “Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
Rəy yaz