Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/04.04.22/Turan: Aprelin 3-də gecə Bakıda gecə klubunda baş vermiş partlayış və yanğın nəticəsində xəsarət alan 16 nəfər paytaxt xəstəxanalarına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatında deyilir.

Onlardan 13-ü dövlət tibb müəssisələrində yardım alır. Eyni zamanda 7 nəfər reanimasiyadadır, 3 nəfərin vəziyyəti kritik olaraq qalır.

Zərərçəkmişlərdən 5 nəfərin vəziyyəti stabildir, onlardan 4-nün vəziyyəti orta ağırdır.

Partlayış nəticəsində 37 nəfər xəsarət alıb, bir qadın həlak olub. – 16B06-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti