Gənc alpinistlər qayayadırmanma üzrə güclərini sınadılar

Oktyabrın 6-7-də Siyəzən rayonunun “Beşbarmaq” massivində görkəmli Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma (təbii qayalara) üzrə açıq Kubok yarışı keçirildi. 

Yarışmaya ölkəmizin müxtəlif idman klublarından, habelə Gürcüstan və Rusiyadan 40-dan artıq idmançı iştirak edirdi.

Yarışın marşrutlarının müəyyən olunmasında Rusiyadan dəvət edilən beynəlxalq dərəcəli idman ustaları da iştirak edirdi.

Azərbaycan Alpinizm Federasiyasının vitse prezidenti Səridar Mursaqulovun sözlərinə görə, yarışmanın keçirilməsində məqsəd gəncləri bu idman növü ilə məşğul olmasına həvəsləndirməkdir. “Biz daha çox dağ idman növlərinin inkişafına təkan vermək, istedadlıları üzə çıxarmaqdan ibarətdir. Qarşımızda məqsəd var ki, bu yarışma beynəlxalq səviyyəli yarışma olsun və tək Azərbaycanda deyil digər ölkələrdə də keçirilsin”

Yarışlar əsasən üç marşrutdan ibarətdir.  Boldrinq, sürət məsafədə yarış və mürəkkəb məsafədə yarışdan ibarətdir. Yarışda şəxsi hesabda qalib, yığılan balların cəminə görə müəyyən olunur. Komandalar arasında qalib, məsəfələrdə tutduğu yerlərin cəminə görə müəyyən olunur. Bir neçə komandanın tutduğu yerlərin ümumi xalı eyni olsa, üstünlük mürəkkəb məsəfədə daha yüksək yer tutan komandaya veriliəcək – deyə yarışın baş hakimi Yaqub Əsədov bildirib.

Qeyd edək ki, yarış, xeyriyyə məqsədi daşıyır. Əldə olunan vəsait Gürcü alpinisti və iki Azərbaycanlı jurnalistinin müalicəsinə sərf olunacaq. Yarış Azərbaycan Alpinizm  Federasiyası tərəfindən həyata keçirilir. -26C-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti