Gənclərin bloqerlik fəaliyyəti üzrə layihə başa çatıb
Çərşənbə axşamı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) media mərkəzində “Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqerlik fəaliyyətinin genişləndirilməsi” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Layihə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən həyata keçirilib.
ABŞ səfirliyinin dəstəklədiyi layihə çərçivəsində Ağdam və Goranboy rayonlarında 40-dan çox gəncin iştirakı ilə ikigünlük treninqlər keçirilib.
Treninqlərin ilk günündə Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri Anar Orucov bloqerlik fəaliyyəti, bloq yazmaq, sosial şəbəkələrdə iş bacarıqları, bloqlarda sosial, iqtisadi və hüquqi problemlərin işıqlandırılması üzrə məlumat verib.
İkinci gün İREX-Azərbaycan təşkilatının hüquqşünası Ələsgər Məmmədli gəncləri jurnalistikanın əsas şərtləri, ifadə azadlığının prinsipləri, mövzuların seçilməsi, xəbərlərin hazırlanması, məlumat əldə etmək hüquqları (sorğuların hazırlanması, informasiyanın verilməsindən imtina olunduğu halda məhkəməyə müraciət), həmçinin insan hüquqlarının qorunmasında mətbuatın imkanlarından istifadə edilməsi yolları ilə tanış edib.
Layihə çərçivəsində hər bir iştirakçı facebook və twitter-in fəal istifadəçisinə çevrilib. Bundan əlavə, 4 video və 18 yazı bloqu hazırlanıb.
Layihənin sonunda Bərdə rayonunda iştirakçılarla ümumi görüş keçirilib. Ən fəal bloqerlərə sertifikatlar verilib.—06D--
-
- Cəmiyyət
- 30 Oktyabr 2012 13:06
-
- İqtisadiyyat
- 30 Oktyabr 2012 13:20
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz