Geoloji kəşfiyyat qayığında partlayış zamanı SOCAR əməkdaşı həlak olub
Bakı/29.10.19/Turan: Çərşənbə axşamı saat 13:30-da SOCAR-ın geoloji kəşfiyyat qayığında partlayış baş verib. Nəticədə SOCAR-ın əməkdaşı Habil Məmmədov həlak olub. Şirkətin daha üç əməkdaşı – Azər Vəliyev, Bəhruz Paşayev və Böyükağa Xəlilov müxtəlif dərəcəli xəsarətlər alıb, deyə SOCAR-ın məlumatında bildirilir.
Xəsarət alanlar 5 saylı şəhər xəstəxanasına çatdırılıb.
Mənbənin məlumatına görə, faciəyə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddə səbəb olub. Hadisə Gürgan qəsəbəsi yaxınlığında dənizin dayaz hissəsində baş verib. -02D-
-
- Mədəniyyət
- 29 Oktyabr 2019 17:26
-
- Siyasət
- 29 Oktyabr 2019 17:56
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz