![Gömrük Komitəsi 68 kiloqram 610 qrqm heroin götürüb](https://turan.az/resized/media/2014/main/080900086667-750-500-resize.webp)
Gömrük Komitəsi 68 kiloqram 610 qrqm heroin götürüb
Dövlət Gömrük Komitəsi 70 kiloqrama yaxın heroin tutub.
Gömrük Komitəsinin rəsmi saytının məlumatına görə, avqustun 8-də Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana gedən Türkiyə vətəndaşı Ateş Rifat Ahmed oğlunun idarə etdiyi, Gürcüstana məxsus yük avtomobilinin qoşqusunun döşəməsinin altından 116 ədəd polietilen bükümə qablaşdırılmış heroin götürülüb. Heroinin xalis çəkisi 69 kq 610,4 qram olub.
Fakt üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. -0-
-
- Cəmiyyət
- 9 Avqust 2014 15:22
Cəmiyyət
-
Ölkənin ən böyük özəl operatoru “Bakcell” “Dream Fest” Beynəlxalq Musiqi Festivalının premium sponsoru olub. Festival ərzində iştirakçılar “Bakcell” stendinə yaxınlaşaraq şirkətin yeni və innovativ məhsulları barədə məlumat alıblar, xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər. Bundan əlavə, şirkət festivalda çıxış edən dünya ulduzlarına “Bakcell” nömrələri təqdim edərək onları ölkəmizdə olduqları müddətdə yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edib.
-
Azərbaycan Milli Məclisinin deputatlığına namizəd Namizəd Səfərov Mərkəzi Seçki Komissiyasını (MSK) demokratik seçkilərin keçirilməsinə hazırlaşmamasını tənqid edib. Birinci Nərimanov seçki dairəsindən namizədliyini irəli sürən, Repressiya və İşgəncələrə Qarşı Komitənin koordinatoru olan Səfərov tərəfdarlarından uğurla imza topladıqdan sonra narahatlığını “Turan”a bildirib.
-
Kəlbəcər rayonunda yerləşən hərbi hissələrdən birinin əsgəri Qəhrəmanov Ərşadın intihar etməsi faktı ilə bağlı hərbi prokurorluqda araşdırma aparılır.
-
İyulun 30-da paytaxtda yağıntı gözlənilmir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +28+32 dərəcə təşkil edəcək. Gündüz rütubət 65-75%-ə çatacaq.
Rəy yaz