Hakimiyyət nəhayət müxalif saytların bağlanmasında əli olduğunu etiraf edib
Bakı/27.04.17/Turan: Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi adından müxalif saytlara qarşı məhkəmə iddiası qaldırılması çoxdan baş verən şeyləri “qanuniləşdirmək” cəhdidir.
Bundan başqa bu, saytların bağlanmasının arxasında məhz hökumətin durduğunu təsdiq edir, baxmayaraq ki, indiyədək onlar bundan boyun qaçırırdılar.
Bu barədə Turan agentliyi ilə söhbətində azadliq.info saytının baş redaktoru, Azərbaycanın hüdudlarından kənardan peyk və İnternet vasitəsilə yayımlanan “Azərbaycan saatı” televerilişinin və Turan TV telekanalının rəhbəri Qənimət Zahid bildirib.
O, məhkəmədən ədalətli qərar gözləmir, belə ki, söhbət siyasi sifarişdən gedir.
Sözügedən resurslarla yanaşı, Elektron Təhlükəsizlik Mərkəzi Baş Prokurorluğun təqdimatı əsasında “Azadlıq Radiosu” və Meydan TV-nin saytlarının da bağlanması təşəbbüsü irəli sürüb. -70B06-
-
- Maliyyə
- 27 Aprel 2017 13:20
-
- İqtisadiyyat
- 27 Aprel 2017 13:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz