Hakimiyyətin zəlzələ zonasında evlərin bərpası planı baş tutmayıb
Mayda Zaqatala və Qaxda baş vermiş zəlzələ zonalarında vəziyyət gərgin olaraq qalır. İşlər pis gedir, qarşıdan gələn qış mövsümü fonunda planlaşdırılan işlərin cüzi bir hissəsi yerinə yetirilib.
Dövlət Komissiyası 3482 evə və 32 məktəbə 6 ballıq zəlzələ nəticəsində ziyan dəydiyini bildirib. Zaqatalada 2732 ev dağılıb, 278-i təmir olunmalıdır.
Zəlzələdən beş ay keçdikdən sonra yalnız bir neçə ev tikilib. Dağılmış 21 kənd məktəbindən yalnız ikisi tikilib.
Yerli hakimiyyət şaxtalar düşənə kimi 2 min evin tikiləcəyini vəd edir ki, bu da işlərin sürətini nəzərə alsaq, şübhə doğurur. Evlərin təmirindən söhbət belə getmir.
Zaqatalanın Bazar kəndində sakinlər bildiriblər ki, tikintilərdə işçi çatışmır. Bu, əmək haqqının aşağı olması ilə əlaqədardır.
FHN-in nümayəndələri sakinlərə bildiriblər ki, onlar özləri usta tapsınlar. İşçilərin yeməklə təmin olunması da əhaliyə həvalə edilir. Ev sahibi fəhlələrə yemək verə bilmirsə, iş aparılmır.
FHN evləri əvvəlki sahəsində bərpa etməkdən imtina edir. Məsələn, dağılmış 150 kv. m. evin yerində zərərçəkənə 70 kv. metrlik yeni ev tikmək təklif olunur. Razılıq olmadıqda ev tikilmir.
Bazar kəndinin sakini Firdaş Hacıyevanın evi tikilmir, çünki bu yaşlı qadın fəhlələri yedizdirə bilmir. 87 yaşlı Ramazan Ramazanov müvəqqəti olaraq komada yaşayır və evinin tikilmədiyindən şikayətlənir. Həmid Heydərovun 150 kv. m. sahəsi olan dağılmış evində iki ailə yaşayır, uşaqlardan biri 1 qrup əlilidir. Ona sahəsi 70 kv. metr olan üçotaqlı mənzil təklif olunur. Şərtləri qəbul etmədiyindən ev tikilmir.
Qax rayonunda 472 evə ziyan dəyib, 154-nün əsaslı təmirə ehtiyacı olduğu bildirilib. Cəmi bir ev tikilib. Dağılmış 13 məktəbdən yalnız biri inşa edilib.
Demək olar ki, FHN-in fəlakət zonasında infrastrukturun və yaşayış evlərinin bərpasına dair tədbirlər planı baş tutmayıb.
Qaz rayonunda işləri FHN tərəfindən təyin olunmuş “Memar İnşaat”və “İntiligent MMC”, Zaqatalada “Gilan İnşaat” və “İnşaat 181” aparır.
Evlərin qiyməti hətta Bakı üçün fantastik qiymətədir. Belə ki, 1 kv. m. 500 manat həcmində dəyərləndirilir. İkiotaqlı evin smeta dəyəri 37 min manat təşkil edir, beşotaqlı ev 60 min manata tikilir.
Əvvəlcədən hakimiyyət zərərçəkənlər xüsusi qayğı göstərdiyini nümayiş etdirdi. Zəlzələdən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub, sonra prezident İlham Əliyev gəlib. Sentyabrda prezident hətta dağıntı zonasında tikilmiş bir neçə obyektin açılışında iştirak edib. Hökumət mətbuatı zəlzələnin nəticələrinin uğurla aradan qaldırıldığını yazır. Bu, fəlakət zonasında acınacaqlı durumun olması barədə “Kür” qərargahının və müstəqil mətbuatın siqnallarına reaksiya idi.
Fəlakət zonasındakı vəziyyəti aşağıdakı videosüjetdən görmək olar. Süjeti oktyabrın 2-də Turan-n müxbiri Məmmədsadıq Fətəliyev hazırlayıb.
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 13:19
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 13:41
Cəmiyyət
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
Rəy yaz