İxtisaslaşmış hərraclarda səhmləri nominaldan dörd dəfə ucuz almaq olar
Əmlak Məsələləri Dövlət Komitəsi səhmləşmə yolu ilə özəlləşdirilən üç kiçik müəssisənin səhmlərinin satışı üzrə beşinci ixtisaslaşmış hərracın nəticələrini elan edib.
Hərrac 17-21 sentyabrda Bakı Hərrac Mərkəzi və onun beş zona mərkəzində keçirilib. Məlumatlandırma səviyyəsi zəif olduğu üçün iştirakçı sayı aşağı olaraq qalır. Cəmi 230 sifariş qəbul edilib.
Hərraca regionlarda yerləşən istehsal, tikinti və nəqliyyat sahəsi üzrə üç müəssisənin səhmlərinin 55%-i çıxarılıb. İnvestorlara cəmi 99,8 min səhm təklif edilib. Sifarişlər 52 610 manat nağd pulla müşayiət edilib.beləliklə, nominalı 2 manat olan hər səhm üçün investorlar 0,55 manat ödəyiblər.
İxtisaslaşmış pul hərracları 2011-ci ildən çek hərraclarını əvəz edir. Son beş ildə hərraca az cəlbedici şirkətlərin səhmləri çıxarılır. Maraqlıdır ki, bu gün özəlləşdirmə payı (1 pay – 4 çek) alqı-satqı predmetidir və 3 manata satılır. 08B
-
- Cəmiyyət
- 8 Oktyabr 2012 13:25
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 14:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz