POS-terminalların quraşdırılması 2015-ci ildə başa çatacaq
Nazirlər Kabineti oktyabrın 4-də POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqinin yeni qaydalarını təsdiq edib. Qaydalara əsasən, Bakı, Sumqayıt və Gəncədə ticarət və başqa sahələrdə nağdsız ödəniş qurğularının quraşdırılması prosesi bu ilin sonunda başa çatmalıdır.
Abşeron rayonu, eləcə də 17 şəhər və rayon mərkəzində (Mingəçevir, Yevlax, Quba, Lənkəran, Şamaxı, Sabirabad, Salyan və s.) POS-terminalların quraşdırılması 2013-ci ildə başa çatmalıdır. 2014-cü ildə proses başqa rayonları da əhatə edəcək, 2015-ci ildə ölkənin bütün kənd və qəsəbələri POS-terminallarla əhatə olunacaq.
Terminallar aylıq dövriyyəsi 2000 manat olan obyektlərdə, ƏDV subyektlərində, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələrində quraşdırılacaq.
İyulun 15-ə kimi Azərbaycanda POS-terminallar quraşdırılıb.
Qeyd edək ki, Nazirlər Kabineti bu sərəncamla bütün maraqlı dövlət strukturlarına vergi və xidmət haqlarının ödəniş kartları vasitəsilə ödənilməsi üzrə zəruri işləri həyata keçirməyi tapşırıb. 08D
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 13:41
-
- İqtisadiyyat
- 8 Oktyabr 2012 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz