Hava pisləşəcək, külək, yağış və qar olacaq

Martın 15-dən 18-dək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olacaq, şimal küləyi əsəcək. Havanın temperaturu 3-5 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Çərşənbə axşamı Bakıda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə +5+7, gündüz +7+9 dərəcə olacaq.

Ölkə rayonlarında da yağış yağacaq, dağlıq yerlərdə qar yağacaq.

Aran rayonlrında gavanın temperaruru gecə +3+8, gündüz +8+ dərəcə, dağlarda gecə +0+5, gündüz +1+6 dərəcə olacaq.-03D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti