![Havanın pisləşəcəyi gözlənilir](https://turan.az/resized/media/2016/main/070800161366-750-500-resize.webp)
Havanın pisləşəcəyi gözlənilir
İyulun 9-da Bakıda və Abşeronda yağış, güclü külək gözlənilir, sinoptiklər bildiriblər. Havanın temperaturu gündüz 26-29 dərəcə olacaq.
Ölkə ərazisində temperaturun enməsi və yağıntı gözlənilir. Dağ rayonlarında yağıntı intensiv olacaq, şimşək çaxacaq. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə bir neçə dərəcə enəcək.
Mərkəzi və aran rayonlarında 35 dərəcəyədək isti olacaq, qərb küləyi əsəcək, az yağıntı olacaq.-02D-
-
- İqtisadiyyat
- 8 İyul 2016 14:24
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz