ABŞ Azərbaycandan çox neft ixrac edir
2016-cı ilin mayında ABŞ-ın neft ixracatı illik hesablamada 12% artaraq 662 min barrel (kondensatsız) olub. Apreldə bu göstərici sutkada 591 min barrel idi. Bunu statistik məlumatlar göstərir..
Deyilən həcm ölkələr üzrə belə bölünüb: Kanada (sutkada 308 min barrel), Niderland (110 min barrel), Kyurasao (67 min), Böyük Britaniya (36 min), Yaponiya (29 min) və İtaliya (23 min), deyə TASS bildirir.
ABŞ hökumətinin məlumatına görə, ümumi ixrac göstəricisi 1920-ci ildən bəri ən yüksək həddə çatıb.
Azərbaycan 2016-cı ilin iyununda dünya bazarlarına sutkada 650 min barrel neft (kondensatsız) çıxarıb. —0—
-
- Cəmiyyət
- 8 İyul 2016 14:19
-
- İqtisadiyyat
- 8 İyul 2016 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz