![Həbsdə olan jurnalist karserə salınıb](https://turan.az/resized/media/2015/main/011500103137-750-500-resize.webp)
Həbsdə olan jurnalist karserə salınıb
“Azadlıq” qəzetinin xuliqanlıqda ittiham olunan əməkdaşı Seymur Həzi karserə salınıb. Bu barədə Turan-a onun vəkili Adil İsmayılov bildirib.
Onun sözlərinə görə, jurnalistin atası yanvarın 15-də İstintaq Təcridxanasına onun üçün bağlama aparıb. Lakin bağlamanı qəbul etməyiblər və jurnalistin cəza kamerasına salındığını bildiriblər.
Vəkil yanvarın 16-da İstintaq Təcridxanasına getmək və jurnalistin cəzalandırılmasının səbəblərini öyrənmək niyyətindədir.
Xatırladaq ki, Həzi 29 avqust 2014-cü ildə qondarma xuliqanlıq ittihamı ilə həbs edilib. Jurnalist ittihamı təkzib edir və onun siyasi motivli, jurnalist fəaliyyəti ilə bağlı olduğunu hesab edir. -16D-
-
- Cəmiyyət
- 15 Yanvar 2015 18:08
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz