Həftənin sonunda havanın soyuyacağı və qar yağacağı gözlənilir
Həftənin sonunda havanın soyuyacağı və qar yağacağı gözlənilir
Bakı/04.01.24/Turan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 5-də Bakıda və Abşeronda havanın buludlu, yağıntısız olacağı gözlənilir. Havanın temperaturu gecə müsbət 5+8, gündüz müsbət 9+14 dərəcə olacaq.
Yanvarın 4-5-də güclü külək əsəcək, sürəti saniyədə 20 metrə çatacaq.
Yanvarın 5-də ölkənin bölgələrində yağış yağmağa başlayacaq, yanvarın 6-da isə ölkənin əksər hissəsində yağış qara keçəcək. Bəzi yerlərdə: Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar və Lənkəran-Astara zonalarında yağıntı intensiv olacaq.
Hava şəraitinin pisləşəcəyilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhalini ehtiyat tədbirlərinə riayət etməyə çağırıb. -0-
-
- Siyasət
- 4 Yanvar 2024 13:38
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz