Bu gün Abşeron rayonunun Hökməli qəsəbəsində Elmira Dadaşova vəhşicəsinə qətlə yetirilib. Qadın öz evində naməlum şəxslər tərəfindən qətlə yetirilib.Abşeron rayon prokurorluğundan Turan-a verilən məlumata əsasən, ilkin versiyaya görə cinayətkarlar soyğunçu olub. Qətlə yetirilən şəxs ölkənin Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı idi.Faktla bağlı CM-in 120.1-ci maddəsi ilə cinayət işi açılıb. -16D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə