Hərbiçilərin Hökməli sakinləri ilə davası
Müdafiə Nazirliyi fevralın 24-də Hökməli qəsəbəsində bir qrup hərbiçilərlə mülki şəxslər arasında baş vermiş kütləvi davanı təsdiqləyib.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Lakin hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları Müdafiə Nazirliyinin müvafiq qurumları ilə birgə təhqiqat aparırlar.
Hadisə zamanı hər iki tərəfdən xəsarət alanlar olduğu bildirilir.
Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Hökməli qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin könüllü hərbi qulluqçular üçün sanatoriyası yerləşir. Müdafiə Nazirliyinin zabitləri də orada istirahət edir. -16D-
-
- Sual-cavab
- 25 Fevral 2013 17:35
-
- Siyasət
- 25 Fevral 2013 18:27
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz