
: Avqustun 28-də Hirkan Milli Parkında yenidən yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yanğının baş verdiyi ərazi yüksək dağ massivində yerləşdiyindən yanğınsöndürən texnikanın əraziyə cəlb edilməsində problemlər yaranıb. Bu səbəbdən yanğının qarşısının alınmasında əsasən əl əməyindən istifadə olunub.
Yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 8 hektara yaxın ərazini əhatə edib.
Yanğının səbəbləri açıqlanmır.
Qeyd edək ki, bu yay Lerik, Lənkəran, Qəbələ meşələrində bir neçə gün davam edən yanğınlar baş verib. -16D-
Rəy yaz