Hüquq müdafiəçisi DİN rəhbərini polis özbaşınalığına son qoymağa çağırıb
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev hüquqlarının pozulması ilə bağlı DİN rəhbəri Ramil Usubova müraciət edib.
Hüquq müdafiəçisi qeyd edir ki, ona qarşı cinayət işi dayandırıldıqdan bir ay sonra ölkədən çıxışına qadaga hələ də qalır və ona xarici pasport verməkdən imtina edirlər.
O.Gülalıyevin sözlərinə görə, dəfələrlə rəsmi qurumlara etdiyi müraciətdən, yerli və beynəlxalq təşkilatların aramsız çağırışlarından sonra Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq İdarə Heyətinin 25 oktyabr Astanada keçirilən toplantısı ərəfəsində onun barəsində cinayət işinə xitam verilib.
O.Gülalıyev DİN rəhbərindən baş verən qanunsuzluqlara son qoyulmasını, ölkədən çıxışına olan qadağanın aradan qaldırılmasını, pasportla təmin edilməsini və polis təqiblərinin dayandırılması ilə bağlı qanun çərçivəsində ölçü götürülməsini xahiş edir. –06D-
-
- Aktual Reportaj
- 16 Noyabr 2016 14:50
-
- Cəmiyyət
- 16 Noyabr 2016 15:22
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz