İbadət evləri İslamiadaya gələn qonaqları qəbul etməyə hazırdır
Bakı/26.04.17/Turan IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Azərbaycanın bütün məscid və ziyarətgahlarda idmançıların, eləcə də turistlərin ziyarət və ibadətləri üçün hər cür şərait yaradılıb.
Gözlənildiyi kimi, İslam Oyunlarına 57 ölkədən 3 mindən çox idmançı və 15 mindən çox turist qatılacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi qonaqlara şəraitin yaradılması ilə bağlı dini icmalara, din xadimlərinə xüsusi tapşırıqlar veriblər.
Azərbaycanda 2166 məscid fəaliyyət göstərir, onlardan 136-ı Bakıda yerləşir. Bundan başqa ölkədə 748 pir və ziyarətgah fəaliyyət göstərir. Onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.
-
- Cəmiyyət
- 26 Aprel 2017 14:25
-
- İqtisadiyyat
- 26 Aprel 2017 14:43
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz