İctimai reaksiyadan sonra Babək Həsənova qarşı təzyiqlərə son qoyulub
Bakı/21.05.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov karantindən ümumi saxlama şəraitinə keçirilib. Bu 6 saylı koloniyada ona qarşı qeyri-insani rəftar barədə faktlar açıqlandıqdan sonra baş veib.
Mayın 15-də B.Həsənov koloniyaya köçürüldükdən sonra məlum olub ki, onu karserə salaraq alçaldıcı hərəkətlər ediblər.
Mayın 19-da qardaşı Cavıdı fəalın yanına buraxıblar. O, mənəvi-psixoloji təzyiq və hədə faktlarını təsdiqləyib.
Mayın 21-də B.Həsənov həbsxanadan doğmalarına telefon edərək "karantin"dən ümumi baraka keçirildiyini bildirib. Ona qarşı təzyiqlərə son qoyulub. Digər məhbuslarla yanaşı ona da ombudsman aparatının əməkdaşları baş çəkiblər. Bu barədə Turan-a onun qardaşı Cavid Həsənli bildirib.
Cavid hesab edir ki, qardaşına təzyiqlərə son qoyulmasında ictimaiyyətin diqqəti, sosial şəbəkələrdə və KİV-də müzakirələr mühüm rol oynayıb.
Xatırladaq ki, Babək Həsənov ötən ilin mayında AXCP-nin qanunsuz maliyyələşdirilməsi işi üzrə həbs olunub. Məhkəmə onu üç il müddətə azadlıqdan məhrum edib. 06B-
Cəmiyyət
-
Noyabrın 1-də paytaxtda hava tutqun olacaq, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Qısa zamanda abunəçilərə altı innovativ məhsul təqdim edən “Bakcell”, reklam və marketinq dünyasının mühüm beynəlxalq müsabiqələrindən biri olan “Felis” tərəfindən “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb.
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
COP29 necə keçir? Gələnlər, gəlməyənlər, qərarından geri dönənlər...- Natiq Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:30
- 122
Rəy yaz