Azadliq.info saytı orduda iki əsgərin ölümü ilə bağlı məlumat yayıb. Saytın məlumatına görə, Tovuz rayonundakı bölüklərin birində Tapdıqov soyadlı əsgər özünü öldürüb. Əsgərin hansı şəraitdə intihar etdiyi haqda heç nə deyilmir. İntiharın səbəbi kimi isə məlumatda deyilir ki, əsgər komandirləri tərəfindən incidilib. Bildirilir ki, Ağdaş rayonundan olan Tapdıqov məzuniyyətdən hərbi hissəyə yeni qayıdıb.
Sayt Gədəbəy rayonundakı mənbələrinə istinadən bildirir ki, bu rayondakı bölüklərin birində də bir əsgər özünü asıb. İntiharın səbəbi kimi əsgərin çox ağır formada fiziki zorakılığa məruz qalması göstərilir. İntihar edən əsgərin ad-soyadını öyrənmək mümkün olmayıb.
Öz növbəsində, məlumatları Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsilə hələ dəqiqləşdirmək mümkün olmayıb.
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz