İlham Əliyev Qusara gedib
Dövlət başçısı İlham Əlyev cümə axşamı ölkənin şimalındakı Qusar rayonuna səfər edib. Dövlət başçısının saytının verdiyi xəbərə görə, İ.Əliyev “Urva-1” kiçik həcmli SES-in açılışında iştirak edib.
Dövlət başçısı həmçinin Qusar-Anıq-Laza yolunu açıb. Bundan əlavə, İ.Əliyev “Zirvə” və “Qaya” otellərinin açılış mərasiminə qatılıb. Dövlət başçısının səfərilə bağlı Şahdağ qış-yay kurort kompleksinin birinci növbəsi istismara verilib.-06D-
-
- İqtisadiyyat
- 20 Dekabr 2012 18:33
-
- Cəmiyyət
- 21 Dekabr 2012 11:03
Cəmiyyət
-
Beynəlxalq Demokratik Yenilənmə Koalisiyası (ICDR) və Forum 2000 Fondu Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlərdən dərin narahatlıqlarını ifadə edərək birgə bəyanat yayıb. Qruplar, hökumətin vəkillər, jurnalistlər, aktivistlər və insan hüquqları müdafiəçilərinə qarşı geniş miqyaslı təzyiqləri gücləndirdiyini, ölkədə müxalif səslərin sistematik olaraq susdurulduğunu vurğulayıblar.
-
60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.
-
Cümə axşamı paytaxtda hava tutqun olacaq, səhər az yağış yağa bilər. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 8 +10, gündüz müsbət 12 + 15 dərəcə olacaq. Rütubət gecə və gündüz rütubət 65-75 faiz olacaq.
-
Noyabrın 12-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) liderlərin toplantısı başlayıb. "Euronews" telekanalı BMT-dəki mənbələrə istinadən bildirir ki, tədbirdə 100-ə yaxın dövlət başçısı iştirak edir.
Rəy yaz