İnternetdə polislərin vətəndaşı döyməsi ilə bağlı video yayımlanıb
Avqustun 28-də İnternetdə yol polisi işçilərinin gənc oğlanı, çox güman ki, avtomobil sürücüsünü döyməsi ilə bağlı həvəskar videoçəkiliş yayılıb. Görüntünü təsadüfən yoldan keçən bir nəfər telefona çəkib və bunun da sayəsində gənc həbsdən qurtula bilib. Belə ki, toplaşanları görən polislər saxladıqları şəxsi buraxıblar. İnsidentin harada və nə zaman baş verdiyi məlum deyil, lakin şahid yol polisi avtomobilinin nömrəsini çəkib 10YP268.
Əgər DİN baş verənlərə aydınlıq gətirmək istəsə, bunu öyrənmək çətin olmayacaq. -26V-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz