İrandan külli miqdarda narkotik maddə qaçaqmalçılığına cəhdin qarşısı alınıb

İrandan külli miqdarda narkotik maddə qaçaqmalçılığına cəhdin qarşısı alınıb

Fevralın 19-da saat 3:30-da "Göytəpə" sərhəd dəstəsinin sərhədçiləri üç naməlum şəxsin İran tərəfdən sərhədi pozduğunu qeydə alıblar.

“Dayan!” tələbindən və havaya atəş açıldıqdan sonra sərhəd pozucuları geri qaçıblar.

Hadisə yerinə baxış zamanı sərhədçilər içində ümumi çəkisi 15,6 kiloqram marixuana olan bağlama və 1000 ədəd Metadon-49 həbi tapıblar. Faktla bağlı araşdırma aparılır, bazar ertəsi Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti