Мубариз Гурбанлы
İslam kollecləri dövlətin tabeliyinə keçəcək - M.Qurbanlı
Bakı/27.09.18/Turan: Azərbaycanın orta məktəb məzunları təkcə islam deyil, digər dinlər haqqında da biliklərə malik olmalıdırlar. Bu məqsədlə təhsil proqramlarına dəyişikliklər ediləcək. Bu barədə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət KİV-lərinə müsahibəsində bildirib.
Eyni zamanda, o qeyd edib ki, hazırda Bakıda və ölkənin regionlarında islam kolleclərinin yaradılması üzrə işlər həyata keçirilir.
"Qafqaz Müsəlmanları İdarəsi ilə danışıqlar aparılır, onlar yekunlaşdırıldıqdan sonra kolleclər İlahiyyat İnstitutu nəzdində fəaliyyətə başlayacaq. Kollecləri uğurla bitirən tələbələr İlahiyyat İnstitutunda təhsili davam etdirəcəklər", deyə Qurbanlı bildirib.
Qeyd edək ki, İlahiyyat İnstitutu 2018-ci ilin aprelində DQİDK nəzdində yaradılıb. O, faktiki olaraq Qafqaz Müsəlmanları İdarəsi nəzdindəki Bakı İslam Universitetini əvəz edəcək. Bu il bu universitetə qəbul dayandırılıb.
Qurbanlının islam kolleclərinin İlahiyyat İnstitutu nəzdində fəaliyyət göstərəcəyi haqqında bəyanatı dövlətin dini təhsili öz nəzarəti altına götürəcəyi, QMİ-ni bu sahədən sıxışdıracağı barədə ehtimalları təsdiq edir. -06D-
-
- İqtisadiyyat
- 27 Sentyabr 2018 16:24
-
- Siyasət
- 27 Sentyabr 2018 17:13
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz