İslamiada ilə bağlı yollarda məhdudiyyətlər

Bakı/05.05.17/Turan: İslam Oyunları ilə əlaqədar mayın 5-dən etibarən Bakıda bir sıra əsas yollarda məhdudiyyətlər tətbiq edilir. Xüsusən, oyunlara xidmət edən nəqliyyat üçün xüsusi zolaqlar ayrılır, digər avtomobillərin bu zolaqlardan istifadəsi qadağan edilir. Bu məhdudiyyəti pozanlar 40 manat cərimə olunacaqlar.

Ziya Bünyadov prospektində, Bakı Dairəvi yolunda, Salyan yolunda, Neftçilər prospektində, Atatürk prospektində, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov, Cəlil Məmmədquluzadə, Vaqif küçələrində, Tbilisi, Heydər Əliyev prospektlərində, Böyükşor yolunda belə xüsusi zolaqlar ayrılıb.

Məhdudiyyətlər mayın 25-nə qədər davam edəcək.

IV İslam Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti