İsti səngiyəcək, rütubət artacaq

Bakı/17.08.17/Turan: Avqustun 18-də Bakıda və Abşeronda hava dəyişkən olacaq, az yağıntı gözlənilir.

Sinoptiklərin məlumatına görə, səhər Abşeronda müxtəlif yerlərdə qısamüddətli yağıntı gözlənilir. Havanın temperaturu gündüz +32, gecə +22+24 dərəcə olacaq.

Eyni zamanda yüksək rütubətlilik qalacaq və axşama doğru artacaq ki, bu da isti və bürkünü artıracaq.

Ölkə ərazisində dağətəyi rayonlarda şimşək çaxacağı, leysan yağacağı gözlənilir. Aran zonasında havanın temperaturu +36 dərəcə olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti