Jurnalist Elçin Həsənov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb
Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu barədə Turan-a hüquq müdafiəçisi Elçin Məmməd bildirib.
Mənbənin məlumatına görə, idarədən jurnalistə telefon edərək ifadə vermək üçün gəlməsini istəyiblər. Lakin səbəbləri məlum deyil.
E.Həsənov bu ilin aprel ayında AŞPA sesiyasında iştirak etmək üçün Strasburqa gedərkən sərhəd-keçid məntəqəsində saxlanılıb və Qazax RPŞ əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb.Bu barədə DİN-ə edilən şikayətdən sonra bildirilib ki, E.Həsənovun barəsində Nizami Rayon Polis İdarəsində CM-nin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb və istintaq aparılır.
Lakin cinayət işinin hansı səbəbdən və kimin şikayəti əsasında açılması barədə jurnalistə məlumat verilməyib.—06D--
-
- İqtisadiyyat
- 29 Oktyabr 2015 12:16
-
- Siyasət
- 29 Oktyabr 2015 12:42
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz