Jurnalist İlkin Məmmədli saxlanılıb
Bakı/09.11.18/Turan: Jurnalist İlkin Məmmədli saxlanılıb. Bu baradə hüquq müdəfiəçisi Sanirə Ağayeva bildirib.
Dünən saat 17.00-da jurnalist İlkin Məmmədli Bakıxanov qəsəbəsindəki Asan xidmətində xarici pasport alması üçün getmisdir. Orada ona bildirdilər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq orada Sabunçu rayonun 13-cu polis bölməsinin əməkdaşlarının gözlənməsi xahiş olundu.
Təxminən 15 dəqiqədən sonra o, polis bölməsininə aparılaraq bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi bildirildi.
Axşam saat 19-20 arasında atası və vəkili da İdarənin qabağına gəldilər. Sonda o, növbətçi hissəyə təhvil verildi və oradan bildirdilər ki, gecə orada qalacaq.
Bu gün saat 11.00-də vəkili və atası yenə İdarədən xəbər almağa çalışdılar. Vəkil nə ora buraxılmadı, nə də hansısa məlumat verilmədi.
İndiyənə qədər İlkinin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması və heç bir məlumatın verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur.
Məlumat ombudsman aparatına, 102 xidmətinə çatdırılıb.
İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka tutulmuşdur və bütün məhkəmələrə şahid qismində dəvət edilmişdir.-0--
-
- Cəmiyyət
- 9 Noyabr 2018 14:01
-
- Söz istəyirəm
- 9 Noyabr 2018 18:14
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz