Keçmiş çay fabrikində arsenal aşkar edilib

Bakı/09.08.18/Turan: Astara polisinin Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri Astara rayonunun Pensər kəndində hazırda fəaliyyət göstərməyən çay fabrikində yoxlama zamanı silah arsenalı aşkar edib, bu barədə DİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Yoxlama zamanı müəssisə ərazisində dörd avtomat, güllə sandığı, bıçaqlar və döyüş sursatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Saxlanılanlar haqqında məlumat verilmir. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti