koronavirusinfo.az
Koronavirusa yoluxanların sayı artıb
Bakı/29.03.23/Turan: Azərbaycanda son sutka ərzində koronavirusa 97 yeni yoluxma qeydə alınıb, 2 nəfər sağalıb, 3 nəfər ölüb. Bu barədə Nazirlər Kabineti yanındakı Operativ Qərargahdan bildiriblər.
İndiyədək ölkədə ümumilikdə 829 591 nəfər xəstəliyə yoluxub, onlardan 819 117 nəfər müalicə olunaraq sağalıb, hazırda 296 aktiv xəstə var.
Bu günə qədər 10 178 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyən edilməsi ilə əlaqədar 1 432 test icra edilib. 0
Cəmiyyət
-
Bakıda keçirilən (11-22 noyabr) BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının açıqlanacağı gözlənir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünlərdə bildirib ki, bələdiyyə seçkiləri yanvarın 25-dən sonra keçiriləcək.
-
Çərşənbə axşamı Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
-
Bazar günü, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
-
Bakıda qalxanabənzər vəzin xərçənginə yoluxma halları sürətlə artıb, həm də həkim-endokrinoloq Sadiq Bəbirov uşaqlarda bu cür patologiyaların çox olduğuna diqqət çəkir.
Rəy yaz