Bakı/07.03.20/Turan: Lerik rayonunun Çayrud kəndində sürüşmə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Bədbəxt hadisə martın 7-də səhər baş verib.Lerik rayon İcra Hakimiyyətinin məlumatına görə, sürüşmə kənd sakini Arif Əlirzayevə məxsus evi dağıdıb. Nəticədə ailə başçısı hadisə yerində həyatını itirib. Digər iki ailə üzvünü xilas etmək mümkün olub. Yaralılar Lerik rayon xəstəxanasına yerləşdiriliblər. -06D- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə