Leyla Yunusun vəkili Penitensiar Xidməti təkzib edir
Leyla Yunusun vəkillərindən biri – Elçin Qəmbərov noyabrın 24-də Kürdəxanı istintaq təcridxanasında ona baş çəkib.
Görüşün yekunlarına görə, Qəmbərov bildirib ki, Leyla Yunus bu gün arterial təzyiqinin 180x100, qan şəkərinin 260 olduğunu bildirib. Həbs edildiyi gün 61 kq idi, indi isə 48 kq. O, təsdiq edib ki, normal yeyə bilmir, gücdən düşüb, boğazında ağrılar normal yeməyə imkan vermir, yemək yedikdən sonra qusur. O, həmçinin ilin sonuna qədər yaşamayacağını deyib, deyə vəkil bildirib.
Beləliklə, hakimiyyətin Yunusun vəziyyətinin normal olması və şikayətinin olmaması haqqında iddialarının növbəti yalan olduğu ortaya çıxıb. -02D-
-
- Sual-cavab
- 24 Noyabr 2014 18:30
-
- Cəmiyyət
- 25 Noyabr 2014 11:03
Cəmiyyət
-
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə üzrə genişmiqyaslı meşə bərpa səyləri barədə məlumat verərək, meşə ərazilərinin genişləndirilməsi məqsədilə on minlərlə ting əkildiyini açıqlayıb. Lakin tənqidçilər nazirliyin eyni zamanda özəl şirkətlərə torpaq icarəyə verməklə meşələrin qırılmasına şərait yaratdığını iddia edirlər.
-
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Çox vaxt "Qafqazın Dubayı" adlandırılan Bakı getdikcə sakinlərin mənzil hüquqlarının sistematik şəkildə pozulması ilə tanınmağa başlayır. Şəhərin yenilənməsi və yeni eleqant binaların inşası zamanı Azərbaycanın paytaxtında minlərlə ailə qanunsuz olaraq öz evlərindən məhrum edilib. Çoxları müqavimətin faydasız olduğunu bilərək, öz qiymətli əmlaklarına görə qeyri-adekvat pul kompensasiyasına razılaşır. Mənzil Məcəlləsinə inanan azlıq isə tikinti şirkətlərindən ədalətli təzminat tələb edir, ancaq çox vaxt hər şeyi itirir - həm evini, həm də təzminatın istənilən formasını.
-
Düşərgədə iştirak edən məktəblilər ölkəmizi üç nüfuzlu beynəlxalq olimpiadada təmsil edəcək Ölkəmizin beynəlxalq fənn olimpiadalarında təmsil etməyə hazırlaşan şagirdlərin hazırlıq prosesi müvəffəqiyyətlə davam edir. Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Bakı Ali Neft Məktəbində bu məktəblilər üçün növbəti “İnformatika Düşərgəsi” təşkil olunub.
Rəy yaz