Leysan yağışları Şirvan zonasına ziyan vurub
Son günlər intensiv yağan yağışlar İsmayıllı, Ağsu və Göyçay rayonlarında bir sıra kəndlərə ziyan vurub
FHN-in məlumatına görə, yağıntılar nəticəsində İsmayıllı rayonunun mərkəzində bəzi ərazilər yağış suları ilə dolub. Həmin ərazilərin yağış sularından təmizlənməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.
Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Şimal-qərb Regional Mərkəzi tərəfindən suçəkmə işləri aparılır.
Eyni zamanda Ağsu kəndlərində 50 dən çox evin zirzəmisinə, həyətyanı sahələr su ilə dolub. Ötən gecədən kəndlərə elektrik verilişi dayanıb.
Ağsu Rayon İcra Hakimiyyətindən Turan-a verilən məlumata görə, Girdiman, Aqdar və Ağsu çaylarında suyun səviyyəsi xeyli qalxıb. Güclü sel Aqdar çayı üzərindəki yardımçı avtomobil körpüsünü dağıdıb, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda ərazilərə baxış keçirir, dəyən ziyanı hesablayırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Rayonlarında isə mayın 31-də gündüz əsasən yağmursuz hava olacağı, lakin gecə bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.-16D-
-
- İqtisadiyyat
- 30 May 2013 14:02
-
- Siyasət
- 30 May 2013 15:00
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz