Məhkəmə həbs olunmuş qaçqınları azad etməyib
Məhkəmə Cəbrayıl rayonundan beş məcburi köçkünün ev dustaqlığına azad edilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a təqsirləndirilən şəxslərdən biri - Cəlal Quliyevin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov bildirib.
Vəsatətə Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayon məhkəməsində baxılıb. Məhkəmə vəsatəti təmin etməyib və bu qərarını heç cür əsaslandırmayıb.
Xatırladaq ki, dekabrın 22-də Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyası keçirilib.
Aksiya polis tərəfindən dağıdılıb. Beş məcburi köçkün - Cəlal Quliyev, Zaur Firuzlu, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov başqasının əmlakına ziyan vurma və polisə müqavimət göstərmə ittihamı ilə həbs olunub.
Doğmaları həbs olunanların təqsirsiz olduğunu və dinc etiraz aksiyasında iştirak etdiklərini bildirirlər. -06D-
-
- Aktual Reportaj
- 9 Mart 2017 17:41
-
- Siyasət
- 9 Mart 2017 17:57
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz