Məhkəmə keçmiş müstəntiqin kassasiya şikayətinə baxacaq
Bakı/30.05.17/Turan: İyunun 20-də Ali Məhkəmədə prokurorluğun keçmiş müstəntiqi Rüfət Səfərovun kassasiya şikayətinə baxılacaq. Bu barədə Turan-a vəkil Bəhruz Bayramlı bildirib.
R.Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Bundan öncə "davranış normalarını pozduğuna" görə prokurorluqdan xaric edilib.
2016-cı il dekabrın 22-də Apellyasiya Məhkəməsi onun barəsində hökmü qüvvədə saxlayıb.
Onun atası, hakim partiyanın keçmiş fəalı Eldar Sabiroğlu uzun müddət parlamentin üzvü, sonra Müdafiə Nazirliyinin mətbuat katibi olub. O, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi tənqid etdikdən sonra onun oğlu Rüfət Səfərova qarşı təzyiqlər başlayıb.-05B06-
-
- Siyasət
- 30 May 2017 12:24
-
- İqtisadiyyat
- 30 May 2017 12:53
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz