Məhkəmə Məmməd İbrahimin şikayətini təmin etməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrliyilə AXCP sədrinin müşaviri Məmməd İbrahimin şikayətinə baxılması başa çatıb.
M.İbrahim ötən il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə (maddə 221.1) (şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib) həbs olunub. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci maddəyə (silah qismində istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) tövsif edilib.
Martın 15-də Nərimanov Rayon Məhkəməsi onu təqsirli bilərək 3 il azadlıqdan məhrum edib.
M.İbrahim cəzasının 1/3 hissəsini çəkməsilə əlaqədar cəzasının yumşaldılması və məntəqə tipli koloniyaya köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ancaq noyabrın 25-də Suraxanı Rayon Məhkəməsi vəsatəti təmin etməyib. Məhkəmə bu qərarı onunla əsaslandırıb ki, M.İbrahim məhbuslar arasında özünü “səmimi aparmır”.
Vəkil Yalçın İmanov Turan-a bildirib ki, bu gün Apellyasiya Məhkəməsi M.İbrahimin cəza çəkdiyi 16 saylı koloniyadan verilən xasiyyətnaməyə əsaslanaraq cəzanın yumşaldılması barədə şikayəti təmin etməyib.
Belə ki, koloniya rəhbərliyi yenidən bildirib ki, M.İbrahim digər məhbuslarla münasibətdə özünü “səmimi aparmır”, “törətdiyi cinayətə görə peşman deyil”, “əməkdən yayınır”. Vəkil bu iradları əsassız hesab edir. Müdafiə tərəfi kassasiya şikayəti verəcək.
Hüquq müdafiəçiləri M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.B06 –
-
- İqtisadiyyat
- 29 Dekabr 2016 13:44
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz