Bazar ertəsi səhər Bakıdakı 95 saylı məktəbdə yanğın baş verib. Bu barədə FHN-in məlumatında deyilir. Yanğın Xətai rayonunda yerləşən məktəbin üçüncü mərtəbəsinin vestibülündə baş verib. Nəticədə 30kv. m. sahədə mebel yanıb. Hadisə zamanı bir şagird və bir müəllim xilas edilib, 75-80 nəfər binadan çıxarılıb. Alovun binanın qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğın saat  09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.—06D-

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə