юрист Аслан Исмайлов
Məşhur hüquqşünas islah işlərinə cəlb edilib
Bakı/23.11.18/Turan: Bakının Binəqədi rayon məhkəməsi hüquqşünas Aslan İsmayılova illik qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri və 1500 manat da cərimə cəzası kəsilib. Noyabrın 23-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalov belə qərar çıxarıb. Hüquqşünas xuliqanlıq etməkdə təqsirli bilinib. Bundan başqa, hüquqşünasa 1500 manat cərimə kəsilib.
İsmayılova qarşı cinayət işi 2017-ci ilin oktyabrında başlayıb. Hökmə əsasən, A.İsmayılov onu təhqir etdiyinə görə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev iddianı icraata götürməkdən imtina edib. A.İsmayılov da 2017-ci il oktyabrın 2-də məhkəmənin binasında hakimin katibindən bu xəbəri eşidən kimi səs-küy salıb, qapını çırpıb çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqir xarakterli ifadələr işlədib.
Amma İsmayılov son sözündə cinayət işinin saxtalaşdırıldığını bildirib. "Mən narkotik tərkibli dərmanların apteklərdə açıq satışı, kazino-qumarxanaların Bakıda fəaliyyəti, yumurta mafiyasının ölkə iqtisadiyyatına vurduğu zərbə barədə çıxışlarıma, yazılarıma görə qəzəbə tuş gəlmişdim. Ən əsas səbəb isə Milli Onkologiya Mərkəzində baş verən korrupsiyanı, biabırçılıqları ictimailəşdirməyim oldu. Mənə qarşı baş verənlərin əsas günahkarı Zakir Qaralov, Fikrət Məmmədov, Əli Həsənovdur. Başa düşdülər ki, Aslan İsmayılovu hədə-qorxu ilə dayandırmaq mümkün deyil, bu yollara əl atdılar", deyə İsmayılov bildirib.
O qeyd edib ki, ona qarşı işin sifarişçiləri baş prokuror Zakir Qaralov və dövlət başçısının köməkçisi Əli Həsənovdur.
İsmayılovun sözlərinə görə, prokurorluq onun həbsinə nail olmaq istəyirdi. Cinayət işində 48 səhifəlik sənəd var. Sənəddəki bütün materiallar guya bir gündə - oktyabrın 2-də toplanıb, bu, 48 saat ərzində belə mümkün deyil. Bu da saxtakarlığa dəlalət edir.
ismayılov deyib ki, apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, iyulun 31-də Bakının Səbail rayon məhkəməsi də İsmayılov barəsində ittiham hökmü çıxarıb, onu 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə təqsirli bilib. Bununla məhkəmə "Xəmsə" şadlıq evinin sahibi Mürvət Həsənovun iddiasını qismən təmin edib və İsmayılovu 1,5 il müddətinə islah işlərinə cəlb edib. Bu müddət ərzində İsmayılovun gəlirindən dövlətin xeyrinə 15% tutulacaq. İsmayılov bu işi də "sifarişli" adlandırıb. -06D-
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz