Mətbuat-Monitorinq 26.02.13
Rəsmi qəzetlər əksər yazıları növbəti ildönümü tamam olan Xocalı faciəsinə həs ediblər.
Bundan əlavə, bu qəzetlərdə Ali Məhkəmənin sədri Ramiz Rzayevin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “Şöhrət ordeni”lə təltif edilmələri haqda sərəncamların mətnləri, dövlər başçısının görüşləri, müxalifət əleyhinə yazılar dərc edilib.
“Azadlıq” qəzeti YAP-ın partiya olaraq Əli Əsədov və Ramiz Mehdiyev tərəfdarlarına bölündüyünü iddia edərək, bunu “növbəti saray çəkişməsi” adlandırır.
Fevralın 24-də Saatlının Musalıkənd qəbistanlığında qəbir daşlarının sındırılmasını AXCP üzvlərinin ayağına yazmaq cəhdini yerli təşkilat “partiyaya qarşı növbəti təxribat” sayır.
Bir-iki şahmatçının Bakıya gəlməkdən imtina etməsi üzündən şahmat turnirinin Londonda keçirilməsi qərarı verilməsinə baxmayaraq, SOCAR-ın bu yarışa sponsorluğu “5 milyon neft dollarının havaya sovrulması” hesab edilir.
ABŞ-ın Azərbaycan səfiri Riçard Mornonqstar rəsmi Bakı ilə “demokartik seçkilərə şərait yaradılması haqda söhbətlər apardıqlarını” bildirib.
Azərbaycan məmurlarının neft sahəsində korrupsiya əməllərini İsveçrədə qeydiyyatdan keçmiş şirkət vasitəsilə həyata keçirdikləri üçün bu şirkət önündə etiraz aksiyası keçirilib.
QMİ-nin cənub bölgəsi üzrə təmsilçisi Qəni Axundzadə cənub bölgəsində son vaxtlar ölkəni qarışdırmağı məqsəd seçən dini qruplar yarandığını bəyan edib.
“Zerkalo” qəzeti Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı Ankarada düzənlənən tədbirə hücum edilməsini ““ermənilərin dostları”nın Ankarada olması” adlandırır.
“Ekspress” qəzeti ekspertlərə isnadən Rusiya KİV-lərində anti-Azərbaycan xəttinin önə çıxmasını “Kremlin 90-cı illərdəki siyasətə qayıtması” sayıblar.
“Exo” Azərbaycanda ailə qurmaq üçün yaş həddinin 18 yaşdan yuxarı olmasına baxmayaraq, son 13 ildə ölkədə 30 min erkən nikah faktının qeydə alındığını, bəzi ekspertlərin isə bu halların gerçəkdə qeyd olunandan 3 dəfə çox olduğunu bəyan etdiyini yazır.
“Novoe Vremya” qəzeti Avropa Birliyinin son zamanlar rəsmi Bakını tənqidə məruz qoymasında səmimi olmasını “siyasətin dəyişməsi, yoxsa, növbəti geosiyasi oyunlar?” sualı ilə şübhə altına alır.
“Bizim yol” qəzeti Bakının bir qrup sakinilə hərbiçilər arasındakı insidenti “hərbiçilərin qəsəbəyə hücumu” kimi dəyərləndirib.
Bakı meri Hacıbala Abutalıbovun oğlu ilə çəkişmədə olan iş adamı Maqsud Mahmudov dövlət başçısının məşhur 12 fevral müşavirəsində “məmurların qudurğan övladları” ifadfəsinin İsrafil Abutalıbova aid olduğunu bəyan edib.
YAP-ın adlı-sanlı deputatlarının Ramiz Mehdiyevin tədbirinə qatılmamasını ekspertlər ““yuxarı”dan “mövqeyinizi müəyyənləşdirin”” mesajı kimi şərh ediblər.
“Yeni Müsavat” qəzeti Dövlət Əmlak Komitəsinin paytaxtda 1,5 ha torpaq sahəsini Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğluna verməsini “məmurların paytaxtı öz aralarında pay-püş etməsi” adlandırır.
2012-ci ilin oktyabarında Təhsil Nazirliyi önündə keçirilən hicabı müdafiə aksiyası zamanı Bakı polisinin rəis müavini Səhlab Bağırovu yaralayan Elşad Rzayev fevarlın 24-də həbs edilib.
Eks-prezident Ayaz Mütəllibov ölkə prezidenti olduğu zaman rus-erməni birləşmələrinin törətdiyi Xocalı faciəsinə görə məsuliyyəti oladığı bəyanatı verib.
RF prezidenti Vladimir Putin 1987-ci ildə Dağlıq Qarabağın iqtisadi cəhətdən Ermənistana birləşdirilməsi məsələsinin “ideoloqu” Abel Aqanbekyanı “Dostluq” ordenilə təltif edib.
-
- Siyasət
- 26 Fevral 2013 10:50
-
- İqtisadiyyat
- 26 Fevral 2013 11:05
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz