Mətbuat-Monitorinq 30.05.13
Rəsmi və hökumətyönlü qəzetlər Bakıda “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun keçirilməsi haqda xəbərləri ilk səhifəyə çıxarıblar.
Əmək pensiyası haqqında qanuna dəyişikliklərin mətnləri qəzetlərdə dərc edilib.
Bundan əlavə, rəsmi qəzetlər ölkənin etiraz elektoratını ətrafında birləşdirən Milli Şuranın yaranmasına dair böhtan, iftira, təhqir dolu açıqlamalar dərc ediblər.
“Azadlıq” qəzeti AXCP sədri Əli Kərimlinin “qarşıdakı seçkilərdə vahid namizədlə iştirak etməliyik və buna nail olacağıq” bəyanatını ön səhifəyə çıxararaq bunu “Əli Kərimlinin Milli Şuranın planlarını açıqlaması” kimi şərh edir.
Yeni Azərbaycan Partiyası bu il iyunun əvvəllində növbəti qurultay keçirməyi nəzərdə tutur.
1992-93-cü illər AXC hakimiyyəti dönəminin daxili işlər naziri İsgəndər Həmidov polis idarəsində iqtidarın əleyhinə çıxış etməmək hədəsinə məruz qalıb.
Mingəçevir məktəblərində məzun törəninin təkililə bağlı hər məzundan 120-150 manat həcmində pul toplanır.
Narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinərək rayon polis şöbəsinə aparılan Biləsuvar rayon sakini Yaməddin Rəsulov orada özünü asaraq intihar edib.
“Zerkalo” etiraz elektoratını ətrafında birləşdirən Milli Şuranın yaradılmasını iqtidarı nəzərdə tutaraq “yeni azərbaycanlılar” əleyhinə beynəlxalq sui-qəsd” kimi dəyərləndirir.
“Exo” Azərbaycanda yaşı 100-dən yuxarı olan seçicilərin sayının 800 nəfərdən çox olduğunu bildirir.
“Novoe Vremya” Bakıda keçirilən ABŞ-Azərbaycan Forumunda ABŞ-dan olan nümayəndələrin rəsmi Bakını tərifləmələrinə “ABŞ-ın Azərbaycanla ənənəvi “tərəfdaşlıq” oyunu oynamasının davam etməsi” mövqeyini ifadə edir.
AŞPA başçısı Jan Klod Minyonun Azərbaycan iqtidarının mövqeyini dəstəkləməsi məzmunlu çıxışına qəzet “kürü diplomatiyasının fəaliyyətdə olması” şərhini verir.
“Bizim yol”. Hazırda məhkəmə prosesi gedən “Texnikabank”ın keçmiş rəhbəri Etibar Əliyev cərrahiyyə əməliyyatı keçirdiyindən proses qeyri-müəyyən vaxta təxirə salınıb.
“Yeni Müsavat” şərti “Milyarderlər ittifaqı”nın başçısı Abbas Abbasovun “bizə qarşı olanlar gedəcək” bəyanatını “Milyarderlər ittifaqı” sədrindən Bakıya hədə” kimi şərh edərək ilk səhifəyə çıxarıb.
Kremlin separatçı “Sadval” hərəkatını Azərbaycana təzyiqlər üçün hazırladığını yazan qəzet ekspertlərə istinadən Azərbaycan ətrafında situasiyanın gərgin olduğunu bildirir.
Milli Şuranın yaranması ilə demokratik düşərgədə və cəmiyyətdə fəallığın olduğunu, bu canlanmaya iqtidarın qəzəbli bəyanatlarla cavab verməsini qəzet “Milli Şuranın ölkə gündəmini dəyişməsi” kimi dəyərləndirir.
“Bakı Xəbər” Azərbaycanın şimal-qərbində vəhabiliyin sürətlə artdığını yazaraq bu qüvvələrin əsas maliyyə qaynaqlarının Səudiyyə Ərəbistanında yerləşdiyini iddia edir.
-
- Siyasət
- 29 May 2013 23:22
-
- İqtisadiyyat
- 30 May 2013 12:26
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz