�Мi-8� vertolyotu məcburi eniş edib, xəsarət alan yoxdur

Bakı/27.05.17/Turan: Bu gün Silkway Helicopters Services aviaşirkətinə məxsus "Мi-8" vertolyotu Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

Vertolyotun göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub. Uğurlu eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Hava gəmisinə ziyan dəyməyib.

"Neft Daşları" yatağına gedən vertolyotun qəza enişinin səbəbi mühərriklərdən birinin işləməməsi olub. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Sərnişinlər təyinat məntəqəsinə başqa vertolyotla çatdırılacaq", - məlumatda qeyd olunur.

Hazırda hadisənin araşdırılması ilə məşğul olacaq xüsusi komissiya yaradılıb.

Rəy yaz

Cəmiyyət

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti