Mindən çox yoluxan, 14 ölü
Bakı / 03.20.21 / Turan: Nazirlər Kabineti yanında Əməliyyat Qərargahının şənbə günü verdiyi məlumata görə, Azərbaycanda gün ərzində 1187 koronavirus infeksiyası hadisəsi aşkar edilib, 306 nəfər sağalıb və 14 nəfər ölüb.
Xəstəliyə yoluxanların ümumi sayı 245 490 oldu, onlardan 232 534 nəfər sağaldı və 3339 nəfər öldü.
Bu gün aktiv xəstələrin sayı 9617 nəfərdir.
Gün ərzində 11 692 test aparılıb. -0-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
USAİD-ə qarşı iddiaların əsası varmı? - Natiq Cəfərli Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:09
- 208
Rəy yaz