Miqrasiya Xidməti ölkədən rekord sayda əcnəbi çıxarıb
Martda Azərbaycanda miqrasiya rejiminin pozulmasına görə 564 əcnəbi cəzalandırılıb. Onlardan 71 nəfəri cərimələnib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti məlumat verib.
468 əcnəbinin barəsində 24 saat ərzində ölkəni tərk etmək barədə qərar çıxarılıb. 21 nəfər inzibati qaydada ölkədən çıxarılıb. Dörd nəfər Azərbaycan tərəfinin verdiyi sənədləri itirib.
Ötən beş ildə 28 mindən çox əcnəbi Azərbaycanda yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq qaydalarını pozub. Onlardan 6 738-i cərimələnib, 22.231-i ölkədən çıxarılıb.
Qeyd edək ki, miqrasiya rejimini pozanların əksəriyyəti Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Onlar xüsusi hüquqlara malik deyil, onlara qarşı banqladeşliyə və ya qaraçılara tətbiq edilən sanksiyalar tətbiq olunur.-16D04-
-
- İqtisadiyyat
- 16 Aprel 2013 14:40
-
- İqtisadiyyat
- 16 Aprel 2013 15:25
Cəmiyyət
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
-
Bazar günü, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacağı gözlənilir.
-
Yanvarın 11-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim cənub-qərb küləyi əsəcək.
-
Yeni funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell” tətbiqindən faydalana biləcəklər Abunəçilərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Rəy yaz