MSK Hafiz Babalının şikayətini təmin edərək, onun deputatlığa namizədliyini qeydə alıb

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizəd, müxalif ReAl hərəkatının nümayəndəsi Hafiz Babalının şikayətini təmin edib.

Dairə seçki komissiyasının qeydiyyatdan imtina qərarı ləğv edilib, MSK Babalını deputatlığa namizəd kimi qeydiyyata alıb.

Elə həmin dairə üzrə bu gün hakim Yeni Azərbaycan Partiyasının namizədi, sənaye və iqtisadiyyat nazirinin müşafiri Tahir Mirkişili və “İzzət” özəl hüquq məsləhətxanasının direktoru, bitərəf Ədalət Qafarovun namizədliyi qeydiyyata alınıb. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti